Beynəlxalq yükdaşıma “Global Goal” şirkətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Fəaliyyət göstərdiyi illər ərzində şirkət Azərbaycan və beynəlxalq bazarda çalışan bir çox nüfuzlu şirkət üçün beynəlxalq yükdaşıma həlləri təqdim etmişdir.
Şirkət beynəlxalq yükdaşımanın əsas sahələri olan hava yolu, bərə yolu, dəmir yolu və avtomobil yolu ilə yüklərin nəqlini təmin edir.
Uzun illər ərzində bu sahədə fəaliyyət göstərən şirkətin peşəkar ekspertlərdən ibarət komandası yükün nəqlinin ən optimal üsulun seçilməsinə kömək edir və beynəlxalq standartlara uyğun olaraq yüklərin daşınması və vaxtında təyinat məntəqələrinə çatdırılmasını təmin edir.
Ənənəvi daşıma üsullarından fərqli olaraq “Global Goal” şirkəti ilə tərəfdaşlıq edərkən sahibkarlar bütün əlavə qayğılardan, narahatlıqlardan azad olur. Daşıma zamanı məhsulların zədələnməsi, itməsi və ya sıradan çıxması halları ilə qarşılaşmır, daşıma xərclərindən öncədən məlumatlı olur və xərclərini düzgün planlaya bilirlər.
Avtomobil yolu ilə daşıma xidmətimizlə məhsullarınızın istənilən yerə, ən uyğun zaman zamanda, sürətli və sağlam çatdırılmasını təmin edirik.
Müştərilərimizin bütün ehtiyaclarına ən ideal həllər təklif etmə prinsipimizə əsaslanaraq, hava yolu ilə daşıma xidmətimizlə də sizə ən keyfiyyətli və uyğun maliyyətli xidmət təklif edirik.
Bizim tərəfimizdən dəmir yolu nəqliyyatı ilə birlikdə avtomobil nəqliyyatı ilə daşınan multimodal daşınmadan istifadə olunur.
Su yolu ilə daşıma beynəlxalq yükdaşımada ən populyar xidmətlərdən biridir. Su yolu ilə daşıma yüksək yükgötürücülük qabiliyyəti və sərfəliliyinə görə fərqlənir. Şirkət beynəlxalq nəqliyyat şirkətləri ilə əməkdaşlıq əsasında çevik qiymət siyasəti və yüksək xidmət səviyyəsini qoruyur.