Anbar-saxlama xidməti logistik zəncirin ən vacib halqalarındandır. “Global Goal” şirkəti ölkə daxilində və ölkə xaricində, müasir avadanlıqlar və saxlama şərtləri ilə təchiz olunmuş anbarları ilə müştərilərinə bu xidməti təqdim edir. Şirkət tərəfindən təklif olunan müasir avadanlıq və lazımi saxlama şəraiti ilə təchiz edilmiş anbarlar bütün növ məhsulların keyfiyyətini itirmədən saxlanılması üçün nəzərdə tutulub.
Şirkətin anbar saxlama xidmətinin əsasını təhlükəsizlik təşkil edir. Şirkətin bu xidməti təşkil etdiyi anbarlar 7/24 qorunur. Şirkətin anbar saxlama xidmətinin üstünlüklərindən biri də şəhər mərkəzinə yaxın ərazilərdə yerləşməsi və buradan məhsulların istənilən əraziyə qısa müddət ərzində daşına bilməsidir.
Şirkətin anbarları avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Bu isə daxil olan və çıxan malların qeydiyyatının düzgün və qısa zaman ərzində aparılmasını, onların zəruri şəraitdə saxlanılmasını təmin edir.