Nəqliyyat logistikası şirkətlərin əksəriyyətinin effektiv işinin əsas tərkib hissələrindən biri olduğundan, əsassız olaraq yüksək nəqliyyat xərcləri malın dəyərini artırır.

“Global Goal” şirkətinin məqsədi – gömrük rəsmiləşdirilməsində yardım göstərmək və bununla da logistik yükünü müştərilərin çiynindən tamamilə çıxarmaqdır.

Bütün hüquq normalarına riayət olunması, həmçinin bütün zəruri sənədlərin hazırlanması gömrük rəsmiləşdirilməsinin ən mürəkkəb hissəsidir. Buna görə də, yük haqqında bütün məlumatları əvvəlcədən düzgün və savadlı şəkildə təqdim etmək çox vacibdir. Bu məlumatları tam təmin edildikdə, gömrük rəsmiləşdirilməsi əlavə lazımsız xərclər və fors-major hallar olmadan həyata keçirilir.

Yüklərin gömrük rəsmiləşdirilməsi üzrə xidmətlər :

  • Yüklərin və malların gömrük rəsmiləşdirilməsi üçün zəruri sənədlər paketinin hazırlanması;
  • Bütün gömrük prosedurlarında (rejimlərdə) malların bəyan edilməsi: sərbəst dövriyyə üçün buraxılış (idxal), ixrac, gömrük tranziti və s.;
  • Gömrük ödənişlərinin hesablanması (rüsum, aksiz, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığım);
  • İxrac zamanı yol müşaiyət sənədlərinin hazırlanması;
  • İdxal və ixrac əməliyyatları zamanı tələb olunan sertifikatların alınması;
  • Müvəqqəti saxlanc anbarında yükün yerləşdirilməsi və ya çıxarılması (müştərinin tapşırığı ilə) və s.