Daim müasirləşən və təkmilləşən qanunvericilik şəraitində hüquq normalarına riayət etmək və təsərrüfat fəaliyyətini onlara uyğun aparmaq kifayət qədər çətindir. Müəyyən bir hüquq sahəsinin nüanslarını və ya qanunvericilikdə baş verən dəyişiklikləri bilməməsi səbəbindən edilən yeganə səhvin qiyməti çox yüksək ola bilər. Hətta ştatda hüquqşünasın olması belə problemlərin olmamasına zəmanət vermir, axı istənilən müəssisədə çoxlu gündəlik problemlər mövcuddur ki, onların həllinə mütəxəssis iş vaxtını sərf etməyə məcburdur və nəticədə özünü inkişaf etdirmək və biliklərin artırmaq üçün zamanı qalmır.

“Global Goal” şirkəti peşəkar hüquqi konsultasiyası ilə sizə təsərrüfat, mülki, bank və korporativ hüquq sahəsində yaranan problərin həllinə yardım etməyə hazırdır.

“Global Goal” şirkəti zəngin təcrübəsinə əsaslanaraq hüquqi və fiziki şəxslərə peşəkar hüquqi xidmətlər təklif edir:

  • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması proseslərinin həyata keçirilməsi;
  • Təsis sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi;
  • Daxili korporativ sənədlərin hazırlanması;
  • Əmək mübahisələrinin həllində iştirak edilməsi;
  • Müştərilərin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi;
  • Məhkəmədə müştərinin maraqlarının təmsil edilməsi;
  • Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması;