“Global Goal ” şirkəti mühasibat xidmətləri kompleksini təklif edir.
Şirkətimizin təklif etdiyi mühasibat xidmətlərindən istifadə edərək, qanunvericiliyə tam uyğun olaraq, siz nəinki gecikmələrin və ya səhv hərəkətlərin nəticəsində yaranan cərimələrdən və sanksiyalardan azad olursunuz, həm də mühasiblərin və auditorların ştatından azad olursunuz ki, bu da əmək haqqı, icarə, Ofis avadanlığı, proqram təminatı və s. vəsaitlərin qənaətinə gətirib çıxarır.
Təklif etdiyimiz mühasibat uçotu xidmətləri aşağıdakılardır:
- Mühasibat uçotunun aparılması,
- Mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması,
- Fiziki və hüquqi şəxslərin maliyyə və təsərrüfat fəaliyyətinin mühasibat uçotuna tam nəzarət olunması,
- Rüblük və illik hesabatların müvafiq dövlət orqanlara təqdim edilməsi,
- Mühasibat uçotunun qurulması və/və ya bərpa edilməsi,
- Müəssisənin əsas vəsaitlərinin inventarizasiyası,
- Müəssisənin debitor və kreditor borclarının analizi və inventarizasiyası,
- Uçot siyasətinin işlənilməsi və xərclərin optimallaşdırılması.